Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan – Türkiyə .
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azə rbaycan – Türkiyə .
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə .
Birdir bizim hər halımız—
Sevincimiz – məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan – Türkiyə .
Ana yurdda – yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan – Türkiyə .
Bahtiyar Vahapzade
Bir yanıt yazın